Prokurorluğa işə qəbulla əlaqədar müsabiqə üzrə sənədlərin qəbulu sentyabrın 30-da başa çatdırılacaq
18.09.2023
Ölkədə reallaşdırılan dövlət gənclər siyasəti prokurorluq orqanlarında da uğurla reallaşdırılaraq, gənc hüquqşünasların tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilən müsabiqə yolu ilə qulluğa qəbulu istiqamətində tədbirlər davam etdirilir.
Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 50 ştat vahidi üzrə 11.04.2023-cü il tarixdə elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulu 30.09.2023-cü il tarixdə saat 18:00-da başa çatdırılacaqdır.
Prokurorluq orqanlarında işləmək istəyən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar müvafiq ərizə və digər sənədləri “PDF” faylı formasında skan edərək Baş Prokurorluğun kadr_qebul@prosecutor.gov.az elektron poçt ünvanına göndərməklə müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər.
Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının keçiriləcəyi tarix və yer barədə məlumat kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun rəsmi veb-saytında (www.genprosecutor.gov.az) və sosial şəbəkə hesablarında veriləcəkdir.
Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.