Şriftin ölçüsü :

Saytın rəngi :

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

18.09.2023

Xəbər verildiyi kimi, Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Püsyan kənd sakini 1992-ci il təvəllüdlü Xəlil  Şıxəliyevin  cari il mayın 31-də öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İbtidai istintaqla 1985-ci il təvəllüdlü  Gündüz   Nəcəfovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirməklə tanışı Xəlil Şıxəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Gündüz Nəcəfov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.