Şriftin ölçüsü :
Saytın rəngi :
Macarıstanın Budapeşt şəhərində Avropa Şurası və Avropa İttifaqının “Yaxşı idarəçilik üzrə proqramı”nın (PGG) “Altı Şərq Tərəfdaşları ölkəsində zorakılıq qurbanı olan qadınların ədliyyəyə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində sentyabrın 5-7-də “Qadınların Ədliyyəyə Çıxışı” üzrə prokurorlar və hakimlər üçün mentorluq təlimi keçirilib.
Təlimə Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna və digər ölkələrdən nümayəndələr cəlb ediliblər.
Azərbaycan Respublikasının nümayəndə heyətində Baş Prokurorluqdan Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini, Avropa Şurası tərəfindən seçilmiş HELP milli təlimçisi Günay Əyyubova və Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova təmsil olunublar.
Təlim zamanı qadınların ədalət mühakiməsinə çıxışı, qadınların təcrübədə qarşılaşdıqları ədalət mühakiməsi qarşısındakı maneələri, bu maneələrin aradan qaldırılmasında hüquqşünasların rolu, gender qərəzliyi və gender stereotipləri, mentorluğun ümumi əsası, fərqli mentorluq üslubları, dilemmalar üzrə sorğunun aparılması (Noracle) və digər mövzular tədris edilib. İştirakçılar Mentorluq Proqramının Təlimat Bələdçisi və digər tədris materialları ilə təmin olunublar.
Layihənin davamı olaraq, 2023-2024-cü illərdə seçilmiş mentorların milli səviyyədə mentor təlimlərinin təşkil edilməsi nəzərdə tutulub.


Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı