Şriftin ölçüsü :
Saytın rəngi :
Cari ilin 21 avqust – 01 sentyabr tarixlərində Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) proqramı çərçivəsində həmin ölkənin Mərkəzi istintaq bürosu (CBİ) tərəfindən "iqtisadi cinayətlər sahəsində istintaq" mövzusu üzrə təlim təşkil edilib.
Hindistanda bütün kateqoriya cinayətləri, o cümlədən mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində və korrupsiya cinayətləri, eyni zamanda həmin cinayətlər üzrə maliyyə istintaqını aparmaq səlahiyyətinə malik olan həmin büro tərəfindən keçirilmiş və ümumilikdə 15 ölkədən 22 iştirakçısı olan 2 həftəlik əyani təlimdə Azərbaycan Respublikasının Baş Prokurorluğunu Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin prokuroru Əhməd Həsənov təmsil edib. Tədris turunun məqsədi yuxarıda qeyd edilən kateqoriyalar üzrə cinayətlərə qarşı Hindistan dövləti tərəfindən aparılan mübarizəyə dair müsbət təcrübənin digər ölkələrlə bölüşdürülməsi olmuşdur.
Tədris zamanı ekspert qismində iştirak edən Mərkəzi istintaq bürosunun əməkdaşları, həmçinin polis zabitləri beynəlxalq təcrübəyə əsaslanan maliyyə pozuntularına səbəb olan hallar, yaranma mənbəyi və bu kateqoriya cinayətlər üzrə istintaq zamanı araşdırılmalı məqamları barədə ətraflı məlumat verib.
Eyni zamanda, tədris müddətində təlimçilər tərəfindən çirkli pulların yuyulması mexanizmi, kiber cinayətlər üzrə rəqəmsal sübutların toplanılması, kölgə iqtisadiyyatı, qabıq şirkətlərin müəyyən edilməsi üçün görülməli tədbirləri əhatə edən mühazirələr deyilib.
Bundan əlavə, son zamanlar, Hindistan da daxil olmaqla, digər ölkələr də geniş hal alan mobil telefon dələduzluğu və ya rəqəmsal dələduzluq adlanan cinayətin ölkədən kənarda, bəzən isə hətta üçüncü ölkələrdə törədilməsi səbəbindən araşdırmaların aparılmasında qarşılıqlı hüquqi yardımın labüdlüyünə əsaslanan bir neçə mühazirə ilə çıxışlar olub.


Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı