Şriftin ölçüsü :
Saytın rəngi :
Sentyabrın 10-da İsmayıllı rayon sakini Ramin Cəfərovun müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 1960-cı təvəllüdlü Şamaxı şəhər sakini Şakir Sadayevin sentyabrın 9-da İsmayıllı rayonunun Ərəgit kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Ramin Cəfərova kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirməsi və sonuncunun növbəti gün həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Şakir Sadayev şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı