Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı Tvinninq layihəsi üzrə “Təlimçilərin təlimi”nə start verilib

06.09.2023

Cari ilin 05 sentyabr tarixindən etibarən Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən və Baş Prokurorluğun benefisiar olduğu “Azərbaycanda əmlakın bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı Tvinninq layihəsi çərçivəsində prokurorluq əməkdaşlarının müvafiq cinayət işləri üzrə qanunsuz yolla əldə edilmiş əmlakların aşkar edilməsi, izlənməsi, idarə edilməsi və bərpasını ehtiva edən bütün elementlərin dərindən öyrənmələrinə yönəlmiş və 10 gün davam edəcək təlimə start verilib.

Tədrisdə Belçika Krallığının Həbs və müsadirə üzrə mərkəzi ofisinin (COSC) rəhbəri Jan Mişel Verelest, Litva Respublikasının Xüsusi istintaq Xidmətinin əməkdaşları Liliya Lavinskiene və Robertas Simuleviçius, eyni zamanda həmin ölkənin Baş Prokurorluğunun əməkdaşı Tomas Dzikas ekspert qismində iştirak edir.

Təlimə iştirakçı kimi Baş Prokurorluğun müxtəlif idarə və şöbələrindən cəlb olunan 25 əməkdaş daha sonra prokurorluğun bütün digər struktur qurumları üçün aktivlərin bərpası və idarə edilməsi mövzusunda real vaxt rejimi və əyani təşkil ediləcək tədris prosesində təlimçi qismində çıxış edəcəklər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.