Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Şəxsin iş zaman ölməsi faktı ilə bağlı araşdırma aparılır

26.08.2023

  Daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, avqustun 26-da 1980-ci il təvəllüdlü İlham Hüseynov Ordubad rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı beton tökən qurğunun başlığının ona dəyməsi nəticəsində vəfat edib. 

  Faktla bağlı Ordubad rayon prokurorluğunda araşdırma aparılır. 

  Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.