Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayon prokurorluğunda “Açıq qapı günü” keçirilib

25.08.2023

  Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə olan ictimai maraq nəzərə alınaraq avqustun 25-də Şəmkir rayon prokurorluğunda “Açıq qapı günü” keçirilib.  

  Tedbirdə media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də dövlət qurumları və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.  

  İnzibati binanın infrastrukturu barədə məlumatlandırılan iştirakçılar binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olub. 

  İştirakçılara, həmçinin, “Elektron prokurorluq” informasiya sistemi əyani olaraq nümayiş olunub.   

  Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah olunub.
  Sonda xatirə fotoşəkli çəkilib. 

#HeydarAliyev
#HeydərƏliyev100
#Azerbaijan

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.