Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqiterminlər #heçbilirsinizmi? - İnhisarçılıq fəaliyyəti, Bazar maneələri, Üfüqi sazişlər, Şaquli sazişlər

24.08.2023

İnhisarçılıq fəaliyyəti - inhisarçılığın bu və ya digər forması olub, təsərrüfat subyektlərinin, yaxud icra hakimiyyəti və idarəetmə orqanlarının rəqabətə yol verməməyə, onu məhdudlaşdIrmağa, yaxud arada qaldırmağa yönəldilmiş fəaliyyəti.

Bazar maneələri - yeni rəqiblərin bazara daxil olmasına maneçilik (giriş maneələri) və bazarda fəaliyyət göstərən təsərrüfat subyektlərinin buranı tərk etmək cəhdləri qarşısında maneələr qoymaq (çıxış maneələri).

Üfüqi sazişlər - istehsal silsiləsinin eyni səviyyəsində olan, yaxud eyni bazarda bir-biriləri ilə rəqabətə yol verməmək məqsədilə fəaliyyət göstərən təsərrüfat subyektlər arasında sazişlər;

Şaquli sazişlər - istehsal silsiləsinin müxtəlif səviyyələrində olan təsərrüfat subyektləri arasında, yaxud təsərrüfat subyektləri ilə onların müştəriləri və mal göndərənləri arasında sazişlər.

Təbii inhisar - istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə tələbatın ödənilməsi daha səmərəli olan və inhisar subyektlərinin istehsal etdiyi (satdığı) əmtəə istehlakda başqa əmtəə ilə əvəz edilə bilməyən əmtəə bazarının vəziyyəti.

#hüquqiterminlər #heçbilirsinizmi?

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.