Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Fərdi identiklik və müstəqillik (soyadın götürülməsi)

22.08.2023

  Avropa Məhkəməsi qərara alıb ki, nikaha girən qadınları ərlərinin soyadını götürməyə məcbur etməklə ailə birliyini nümayiş etdirmək ənənəsi artıq “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın uyğun deyil (Ünal Tekeli Türkiyəyə qarşı, § 67-68).

  İkili vətəndaşlığı olan cütlüyün nikahdan sonra öz soyadlarını saxlamalarına dövlət orqanlarının icazə verməkdən imtina edərək ayrı-seçkiliyə yol verdiyi işdə Avropa Məhkəməsi Konvensiyanın 8-ci maddəsi ilə əlaqəli şəkildə götürülmüş 14-cü maddənin (ayrı-seçkiliyin qadağan olunması) pozulduğunu müəyyən edib (Loşonsi Roze və Roze İsveçrəyə qarşı, § 26).

  Sadəcə olaraq adın mənfi məna daşıya bilməsi faktı 8-сi maddənin pozuntusunu təşkil etmir (Styerna Finlandiyaya qarşı, § 42; Siskina və Siskin Latviyaya qarşı (qərardad); Makalin Moksamed Sed Dahir İsveçrəyə qarşı (qərardad), § 31).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.