Şriftin ölçüsü :
Saytın rəngi :
Qanuna edilən dəyişiklik ölkə ərazisində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir. Həmçinin bu sahədə dövlət orqanları (qurumları), daşıyıcılar və avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə xidmətlərin istehlakçıları arasında yaranan münasibətləri tənzimləyir.
Dəyişiklə qanuna taksometr, analoq taxoqraf, rəqəmsal taxoqraf, rəqəmsal taxoqraf kartı, sürücünün taxoqraf kartı, operatorun taxoqraf kartı, emalatxana taxoqraf kartı, nəzarətçi taxoqraf kartı, formulyar, taksi sifarişi operatoru, buraxılış vəsiqəsi, buraxılış kartı kimi yeni anlayışlar əlavə edilib.
Dəyişikliyə əsasən, ölkədaxili sifarişli daşımalara taksi minik avtomobili ilə sərnişin daşımaları istisna olmaqla qeyri-müntəzəm sərnişin daşımaları və ölkədaxili yük daşımaları aid edilib.
Qanuna edilən dəyişikliyə müvafiq olaraq, qanunun tələblərinə riayət etməyən fiziki, vəzifəli və hüquqi şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində məsuliyyət müəyyən edilib. İnzibati məsuliyyətə görə qanun normaları 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
Qeyri-müntəzəm sərnişin daşınmasının (taksi minik avtomobilləri ilə sərnişin daşınması istisna olmaqla) formulyar doldurulmadan həyata keçirilməsinə görə inzibati məsuliyyət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən formulyarın forması müəyyən edildikdən sonra yaranacaq.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı