Şriftin ölçüsü :

Saytın rəngi :

Qonşusunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

20.08.2023

  Avqustun 20-si saat 00:12 radələrində Hacıqabul rayon sakini 1980-ci il təvəllüdlü Rəhman Qocalıyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

  Aparılan araşdırmalarla 1980-ci il təvəllüdlü Pərviz Quliyevin aralarında yaranmış mübahisə zamanı qonşusu Rəhman  Qocalıyevə Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsində bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

  Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi başlanıb. Pərviz Quliyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb. 

  İbtidai istintaq davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.