Şriftin ölçüsü :
Saytın rəngi :
Bioloji fəallığa malik qida əlavələrinin reklamında aşağıdakılar qadağandır:
1. dərman vasitəsi və ya müalicə xüsusiyyətinə malik olması barədə təəssürat yaratmaq;
2. onlardan istifadə edənlərin xəstəliklərdən sağalmasının, səhhətinin yaxşılaşmasının konkret hallarına, bu məhsulların tədqiqinin nəticələrinə istinad etməklə, istifadə olunmasının faydası barədə tövsiyələr vermək;
3. üstünlükləri barədə məlumatlar verməklə, sağlam və təbii məhsullarla qidalanmadan imtinaya təhrik etmək;
4. istifadəçilərinə minnətdarlıq bildirmək.
Körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamında aşağıdakılar qadağandır:
1. bu məhsulların ana südü ilə eyni olması, onu tam əvəz edə bilməsi, körpələrin ana südü ilə qidalanması ilə müqayisədə süni qidalanmasının üstünlükləri barədə məlumat vermək;
2. bu məhsullar barədə reklamı hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlamaq.
Körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamında onlardan istifadənin yaş məhdudiyyətləri haqqında məlumat verilməli, mütəxəssislərlə məsləhətləşmənin zəruriliyi, ana südünün üstünlüyü qeyd olunmalıdır.
Bioloji fəallığa malik qida əlavələrinin, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının tərkibi barədə məlumatlar, tədris və elmi xarakterli materiallar elmi mətnlə məhdudlaşdırılmalı, tibbi və uşaqlara qayğı məsələləri üzrə ixtisaslaşmış nəşrlərdə verilməlidir.
Bioloji fəallığa malik qida əlavələrinin, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının açıq məkanda yerləşdirilməsi qadağandır.
Bioloji fəallığa malik qida əlavələrinin, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının sifarişçisi reklam istehsalçısının və reklam yayıcısının tələbi ilə həmin məhsulların uyğunluq, mənşə, qida təhlükəsizliyi (sağlamlıq) sertifikatının və ya onların istehsalçısının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışın, istifadəsinə dair təlimatın, bu təlimatda dərman vasitəsinin buraxılması qaydası göstərilmədiyi hallarda müvafiq məlumat olan sənədin, reklamda istinad olunduqda, tədqiqatların nəticələrini təsdiq edən sənədin surətini təqdim edir.
Bioloji fəallığa malik qida əlavələrinin reklamında onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir.
Hüquqi məsuliyyət:
Qeyd olunan tələblərin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.
Həmçinin, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanmasına görə fiziki şəxslər 150 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 250 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 750 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı