Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Fərdi identiklik və müstəqillik (ada və şəxsiyyət sənədlərinə malik olmaq hüququ)

15.08.2023

  Avropa Məhkəməsi müəyyən edib ki, şəxsin adına və soyadına aid məsələlər şəxsi həyatın toxunulmazlığı hüququnun tətbiq dairəsinə düşür (Mentsen Latviyaya qarşı (qərardad); Anri Kismun Fransaya qarşı).

  Məhkəmə qərara alıb ki, şəxsin adı fərdi identiklik və ailə ilə bağlılıq vasitəsi olmaqla onun şəxsi və ailə həyatına aid məsələdir və ərizəçinin arvadının soyadını qəbul etməsindən sonra hakimiyyət orqanlarının onun soyadını qeydə almaqdan imtina etmələrinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin pozuntusu olduğunu müəyyən edib (Burqharts İsveçrəyə qarşı, § 24).

  Avropa Məhkəməsi digər işlərdə də adların "şəxsi həyat" sferasına aid olduğunu qərara alıb (Giyo Fransaya qarşı, § 21-22; Güzel Erdagöz Türkiyəyə qarşı, § 43; Qarnaqa Ukraynaya qarşı, § 36).

  Bununla belə, Avropa Məhkəməsi müəyyən edib ki, bəzi qanunlarda adların qeydiyyata alınması ilə əlaqədar məsələlərdə düzgün balansa riayət edildiyi halda, digərlərində buna riayət edilmir (bu işləri müqayisə et: Giyo Fransaya qarşı və Yohansson Finlandiyaya qarşı).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.