Şriftin ölçüsü :
Saytın rəngi :
Reklam haqqında qanunvericiliyə əsasən alkoqollu içkilərin reklamında aşağıdakılar qadağandır:
- alkoqollu içkidən istifadə nəticəsində şəxsin ictimai nüfuz qazanacağı, peşədə, idmanda və ya digər sahələrdə şəxsi uğurlar əldə edəcəyi, fiziki və ya emosional durumunu yaxşılaşdıracağı barədə rəyin formalaşdırılması;
- alkoqollu içkilərdən istifadə etməyənlərin nüfuzdan salınması;
- alkoqollu içkilərdən istifadənin ziyansız və ya insan sağlamlığı üçün xeyirli, müalicəvi xassələrə malik olması rəyinin formalaşdırılması;
- tündlük dərəcəsi yüksəldikcə, alkoqollu içkilərin keyfiyyətinin yüksəlməsi barədə fikir yaradılması, onların susuzluğu yatırmaq vasitəsi kimi təqdim edilməsi;
- alkoqollu içkilərdən istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi;
- uşaqlar üçün və dini proqramların (verilişlərin) alkoqollu içkilərin reklamı ilə kəsilməsi;
- cəmiyyətdə tanınmış olan şəxslərin, kino və animasiya filmləri qəhrəmanlarının, heyvanların təsvirlərindən istifadə edilməsi;
- alkoqollu içkilərdən istifadə olunma prosesinin nümayişi;
- teleradio proqramlarında (verilişlərində) tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamının saat 7.00-dan 23.00-dək yayımlanması.
Alkoqollu içkilərin reklamı yerləşdirilə bilməz:
1. tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində;
2. yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə, audio və video materiallarda;
3. telekommunikasiya qurğularında (tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin);
4. alkoqollu içkilərin nümunələrinin paylanması və dequstasiyası ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə yalnız onların pərakəndə satış yerlərində, ixtisaslaşmış sərgilərin dequstasiya zallarında icazə verilir. Bu reklam aksiyasında yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin pulsuz paylanması, alkoqollu içki nümunələrinin dequstasiya üçün təklif olunması qadağandır.
Nəqliyyat vasitələrinin üzərində, habelə onların fəaliyyətini təmin edən binaların, qurğuların üzərində və daxilində (alkoqollu içkilərin pərakəndə satışının həyata keçirildiyi yerlər istisna olunmaqla).
Tütün və tütün məmulatlarının reklamı
Tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır.
Hüquqi məsuliyyət:
Qeyd olunan qanun pozuntularının törədilməsinə görə İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı