Şriftin ölçüsü :
Saytın rəngi :
Dəyişikliyə əsasən, bu Qanunda “Azərbaycan Respublikasının səlahiyyətli orqanı” dedikdə, Azərbaycan Respublikasının Baş Prokurorluğu və müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur.
Belə ki, verilən şəxs verilmədən əvvəl törətdiyi və verilməyə əsas olmayan cinayətə görə Azərbaycan Respublikasının səlahiyyətli orqanının razılığı olmadan məsuliyyətə cəlb oluna, yaxud üçüncü dövlətə verilə bilməz.
Xarici dövlətin səlahiyyəti orqan tərəfindən Azərbaycan Respublikasının səlahiyyətli orqanına yazılı şəkildə təqdim olunan şəxsin verilməsi haqqında sorğuda qanunla müəyyən edilmiş məlumatları göstərilməlidir. Azərbaycan Respublikasının səlahiyyətli orqanı sorğu daxil olduğu vaxtdan ən geci yeddi gün müddətində təqdim olunmuş sənədləri yoxlayır və onların bu Qanunun 5.1 və 5.2-ci maddələrində (şəxsin verilməsi haqqında sorğunun qanunun tələblərə uyğun tərtib edilməsi və sorğuya müvafiq sənədlərin əlavə edilməsi) nəzərdə tutulmuş tələblərə cavab verməməsini müəyyən etdikdə, xarici dövlətin səlahiyyətli orqanına müvafiq sənədlərin təqdim olunması haqqında müraciət edir.
Sorğu edilən şəxs həbs edildikdən sonra onun verilməsi məsələsinə baxılması üçün bütün sənədlər Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən onun yerləşdiyi ərazi üzrə ağır cinayətlər məhkəməsinə təqdim edilir. Şəxsin həbsə alınması barəsində sorğu edən dövlətə Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən təxirəsalınmadan məlumat verilir.
Şəxsin verilməsindən imtina haqqında sorğu edən xarici dövlətin səlahiyyətli orqanına Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən məlumat verilir. Verilmənin təxirə salınmasının səbəbləri haqqında Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən xarici dövlətin səlahiyyətli orqanına məlumat verilir.
Azərbaycan Respublikasının səlahiyyətli orqanı şəxsin verilməsi vaxtı və yeri haqqında xarici dövlətin müvafiq səlahiyyətli orqanına məlumat verir. Sorğu edən dövlətin vəsaitinə əsasən şəxsin qəbul edilməsi müddəti Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən bu Qanunun 13.1-ci maddəsində (ən geci on beş gün) müəyyən olunmuş vaxtdan etibarən otuz gündən artıq olmamaq şərti ilə uzadıla bilər.
Verilmiş şəxsin cinayət təqibinin nəticələri haqqında xarici dövlətin səlahiyyətli orqanı Azərbaycan Respublikasının səlahiyyətli orqanına məlumat verməlidir. Bu qayda haqqında Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən xarici dövlətin səlahiyyətli orqanına məlumat verilir.
Azərbaycan Respublikasının səlahiyyətli orqanı xarici dövlətin səlahiyyətli orqanının sorğusuna əsasən üçüncü dövlət tərəfindən verilən şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit daşımasına icazə verə bilər. Tranzit daşımaya icazədən imtinaya əsas olan halların müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının səlahiyyətli orqanı tranzit daşımayan icazə istəyən xarici dövlətdən müvafiq məlumatlar tələb edə bilər. Azərbaycan Respublikasının səlahiyyətli orqanı bu Qanunun müddəaları nəzərə alınmaqla, tranzit daşımanın həyata keçirilməsinə icazə verir və bu barədə xarici dövlətin səlahiyyətli orqanlarını məlumatlandırır. Hava gəmisinin Azərbaycan Respublikasının hava limanında enməsi nəzərdə tutulmadıqda, tranzit daşımanı həyata keçirən dövlət bu barədə Azərbaycan Respublikasının səlahiyyətli orqanına məlumat verir və bu Qanunla müəyyən edilən sənədlərin mövcud olmasını təsdiq edir.
Şəxsin verilməsi ilə bağlı bütün əlaqələr Azərbaycan Respublikasının səlahiyyətli orqanının vasitəsi ilə həyata keçirilir. Şəxsin verilməsi ilə bağlı təqdim olunan sənədlər Azərbaycan dilinə yaxud Azərbaycan Respublikasının səlahiyyətli orqanının razılığı əsasında Birləşmiş Millətlər Təşkilatının rəsmi dillərindən birinə tərcümə edilir.
Şəxsin verilməsi haqqında sorğuda bu Qanunun 5.1 və 5.2-ci maddələrində (şəxsin verilməsi haqqında sorğunun qanun tələblərə uyğun tərtib edilməsi və sorğuya müvafiq sənədlərin əlavə edilməsi) nəzərdə tutulmuş tələblərə əməl olunmuşdursa, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq şəxsin axtarışı və həbs edilməsi üçün lazımi tədbirlər görür. Təxirəsalınmaz hallarda xarici dövlətin vəsatətinə əsasən verilmə haqqında sorğu alınanadək, şəxsin axtarışı, tutulması və həbs edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada zəruri tədbirlər görülür.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı