Şriftin ölçüsü :
Saytın rəngi :
Malayziya Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən icra olunan “Malayziya Texniki Əməkdaşlıq Proqramı” çərçivəsində iyulun 31-dən avqust 5-dək Malayziya Anti-Korrupsiya Komissiyası tərəfindən Malakka şəhərində “Korrupsiyaya qarşı mübarizə sahəsində strateji idarəetmə” mövzusunda təlim təşkil olunub.
Təlimdə Baş Prokurorluğu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi Asiman Hacıyev təmsil edib.
Tədbir çərçivəsində Malayziya Anti Korrupsiya Akademiyasının direktoru Dato Haji İdris Bin Zaharudin və Malayziya Anti Korrupsiya Komissiyasının müavini Dato İndera Junipah binti Wandi ilə görüş keçirilib.
Təlim zamanı çirkli pulların yuyulması ilə əlaqədar istintaq olunan cinayət işləri üzrə beynəlxalq əməkdaşlıq, Malayziya Anti-Korrupsiya Komissiyası tərəfindən aparılan təhqiqat, istintaq və əməliyyat tədbirləri, xüsusi müsadirə məsələlərin icrası mexanizmləri, korrupsiya risklərinin qarşısının alınması sahəsində görülən işlər və digə mövzularda mühazirələr keçirilib.
İnteraktiv qaydada keçirilən təlim zamanı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən həyata keçirilən islahatlar, yaradılmış yeni idarələrin fəaliyyət istiqamətləri və korrupsiyaya qarşı mübarizə sahəsində icra olunmuş tədbirlər barədə ətraflı məlumat verilib.



Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı