Şriftin ölçüsü :
Saytın rəngi :
Dəyişikliklər normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi və effektivliyinin təmin edilməsi, normayaratma texnikasının təkmilləşdirilməsinə xidmət edir. Dəyişikliyə əsasən, normativ hüquqi aktların yalnız layihələrinin hazırlanması deyil, eyni zamanda, onların razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydasının xüsusiyyətlərinin, onlar üçün texniki-hüquqi tələblərin müvafiq qaydalarla müəyyən edilməsi konkretləşdirilib. Həmçinin dəyişikliklər edilən və ya ləğv edilən normativ hüquqi aktın (aktların) adının (adlarının) göstərilməməsinə yol verilən hallar müəyyən edilib.
Dəyişikliklə artıq normativ hüquqi aktın layihəsi razılaşdırıldıqdan sonra ən geci 7 gün keçənədək vizalanmalı, əks halda layihə vizalanmış hesab olunur.
Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi, inzibati ərazi bölgüsü, dövlət təltifləri ilə bağlı qanun layihələrinə Azərbaycan Respublikasının Milli Məclisində bir oxunuşda baxılacaq.
Hər on ildən bir Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin aktlarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının mətnində mötərizədə, dəyişiklik edilən və ya ləğv edilən hüquqi aktın dərc edildiyi, habelə 2024-cü il yanvarın 1-dək olan dövr ərzində ona edilmiş dəyişiklikləri əks etdirən topluların (külliyyatların) illəri, nömrələri (kitabları) və maddələri onlara növbəti dəyişiklik edilərkən birləşdirilərək Cild I kimi qeyd ediləcək.
2024-cü il yanvarın 1-dən normativ hüquqi aktın layihəsinin hazırlanması, razılaşdırılması və normayaratma orqanına təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçiriliəcək.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı