Şriftin ölçüsü :

Saytın rəngi :

Qəsdən sağlamlığa ağır zərər vurub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs saxlanılıb

06.08.2023

  Avqustun 6-da saat 06 radələrində paytaxtın Xətai rayonunun Məzahir Rüstəmov küçəsində 1988-ci il təvəllüdlü Dimitri Potapovun kəsilmiş-deşilmiş xəsarət alması və həmin xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

  Araşdırma zamanı hadisənin 1993-cü il təvəllüdlü Ülvi Muradzadə tərəfindən aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib. 

  Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanaraq istintaq aparılır. Ülvi Muradzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.