Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Fərdi identiklik və müstəqillik (şəxsin münasib bildiyi xarici görünüş)

04.08.2023

Avropa Məhkəməsi müəyyən edib ki, şəxsin ictimai yerdə və ya qapalı mühitdə özü üçün münasib bildiyi xarici görünüşü seçməsi onun öz şəxsiyyətini ifadə etməsinə aid məsələdir və buna görə də şəxsi həyat anlayışının tətbiq dairəsinə düşür. Saç düzümü (Popa Rumıniyaya qarşı (qərardad), § 32-33), saqqal saxlayan şəxsin universitetə buraxılmasına icazə verilməməsi (Tığ Türkiyəyə qarşı (qərardad)), dini əqidələri ilə bağlı səbəblərə görə üzlərini bütünlüklə örtən çadra geymək istəyən qadınların ictimai yerlərdə sifəti gizlədən geyim geymələrinə qadağa qoyulması (S.A.S. Fransaya qarşı [BP], § 106-107) və ictimai yerlərə çılpaq vəziyyətdə çıxma (Qaf Birləşmiş Krallığa qarşı, § 182-184) ilə əlaqədar olan əvvəlki işlərdə Avropa Məhkəməsi bu barədə qərarlar qəbul edib. 

Lakin qeyd etmək vacibdir ki, bu işlərin hər birində Məhkəmə şəxsin xarici görünüşünə qoyulan məhdudiyyəti mütənasib hesab edib. Həbsxanada saqqal saxlamanın tam qadağan edilməsi isə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin pozuntusu hesab edilib, çünki Hökumət bu tam qadağanı əsaslandıran təxirəsalınmaz ictimai tələbatın mövcud olduğunu sübut edə bilməyib (Birjetis Litvaya qarşı, § 54 və 57-58).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.