Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Qaxda qayalıq ərazidə insan meyitinin aşkar edilməsi faktı üzrə araşdırma aparılır

03.08.2023

Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, iyulun 23-də itkin düşmüş Qax rayonunun İlisu kənd sakini 1992-ci il təvəllüdlü Rəhman Kamallının avqustun 2-də meyitinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır. 

Hadisənin baş vermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.