Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Şəxsin təmir sexində ölməsi faktı ilə bağlı araşdırma aparılır

02.08.2023

Baş prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, avqustun 1-i saat 18 radələrində Bərdə rayon sakini, 1982-ci il təvəllüdlü Samir Hümbətovun özünə məxsus sexdə təkər təmir edən zaman təkərin partlaması nəticəsində almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.