Şriftin ölçüsü :

Saytın rəngi :

#HÜQUQİBİLİKLƏRİNİARTIR - Konstitusiya Məhkəməsinin Plenumu Cəzaların İcrası Məcəlləsinin 17.1, 17-1.1, 17-1.5-ci və 17-1.6-cı maddələrini Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edib

02.08.2023

28 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1, 17-1.1, 17-1.5-ci və 17-1.6-cı maddələrini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh olunmasına dair qərar qəbul edib. Qərar 02.08.2023-cü il tarixdə dərc olunaraq qüvvəyə minib.

Qərara əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1, 17-1.1, 17-1.5 və 17-1.6-cı maddələri azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin cəza müddəti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən müalicəsinin həyata keçirilməsini istisna etmir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin hüquqi təyinatı və məqsədinə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə uyğun olaraq, barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslər xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq ixtisaslaşdırılmış tibb müəssisələrində ambulator qaydada müalicə oluna bilərlər.

Qərarda, həmçinin, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin təxirəsalınmaz müalicəsi ilə əlaqədar müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə olunub.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.