Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq avqustun 1-də Quba rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib.
Konfransda Quba, Qusar və Xaçmaz rayon prokurorluqlarının əməkdaşları, hüquq-mühafizə və digər dövlət hakimiyyət orqanlarının nümayəndələri iştirak edib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək unudulmaz xatirəsini ehtiramla yad ediblər.
Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Quba rayon prokuroru Namiq Muradov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barəsində çıxış edib.
Daha sonra Quba rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Tariyel İbrahimov, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialının direktoru Yusif Alıyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ramiz Qusarçaylı, Quba Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Laçın Səfərəliyev və Quba Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədovun Ümummilli Liderin dövlətçiliyin qorunması, iqtisadiyyatın inkişafı, prokurorluq orqanlarına qayğısı, gənclər siyasəti, Respublikamıza, xüsusilə Quba rayonuna diqqət və qayğısı barəsində çıxışları dinlənilib.
Konfrans iştirakçıları Baş Prokurorluğun təşəbbüsü ilə ərsəyə gəlmiş Ümummilli liderin xatirəsinə həsr olunan “Böyük şəxsiyyət...3 ştrixdə” adlı sənədli filmə baxıblar.
Sonda xatirə fotoşəkili çəkilib.








Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı