Şriftin ölçüsü :

Saytın rəngi :

Arvadını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

31.07.2023

Xəbər verildiyi kimi 1975-ci il təvəllüdlü Sədaqət Səfərovanın qəsdən öldürülməsi faktı ilə bağlı Masallı rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb. 

İstintaqla Gülağa Bəndəliyevin arvadı Sədaqət Səfərovanı Masallı rayonu, Təzə Alvadı kəndində sonuncunun işlədiyi ərzaq mağazasının qarşısında bıçaqla bədəninin müxtəlif nayihələrinə zərbələr vuraraq xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Gülağa Bəndəliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adamı öldürmə) maddəsilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.