Şriftin ölçüsü :
Saytın rəngi :
Baş Prokurorluqda keçirilmiş ikitərəfli görüşdə Baş prokuror Kamran Əliyev ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd edib.
Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkəmizdə hüquq qaydasının möhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunması istiqamətində aparılan islahatlar barədə həmkarına məlumat verib.
Kamran Əliyev Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti ilə Qarabağda aparılan geniş quruculuq bərpa işləri haqda qonağı məlumatlandırıb.
Azərbaycan Respublikasının Prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Moldovanın Baş prokuroru vəzifəsini icra edən İon Muntyanu göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Azərbaycan və Moldova prokurorluqları arasında münasibətlərin müsbət dinamikasını vurğulayaraq bu əlaqələrin gələcəkdə də inkişaf etidirilməsinin zəruriliyindən və perspektivlərindən danışıb.
Ölkələrimiz arasında müasir əlaqələrimizin təməli bu il 100 illik yubileyini qeyd etdiyimiz Ümummilli lider Heydər Əliyev tərəfindən hələ sovetlər dövründə qoyulduğunu bildirən Baş prokuror Muntyanu, Moldova Respublikasında da bu münasibətlə silsilə tədbirlərin keçirildiyini bildirib.
Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyi ətrafında müzakirələr aparılıb.







Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı