Şriftin ölçüsü :

Saytın rəngi :

Şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır

27.07.2023

Baş prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, iyulun 26-ı saat 17 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbə sakini 1979-cu il təvəllüdlü Asəf Nəsrullayevin yaşadığı evin yaxınlığında elektrik naqilini təmir edərkən cərəyan vurması nəticəsində ölməsi faktı ilə bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.