Şriftin ölçüsü :
Saytın rəngi :
Avropa Məhkəməsi şəxsin öz mənşəyini və valideynlərinin kimliyini öyrənmək üçün məlumat əldə etmək hüququnu şəxsi və ailə həyatına hörmət hüququ çərçivəsində qorunan fərdi identikliyin tərkib hissəsi kimi tanıyıb (Odyevr Fransaya qarşı [BP], § 42; Qaskin Birləşmiş Krallığa qarşı, § 39).
Avropa Məhkəməsi qərara alıb ki, uşağın atası olduqlarını iddia edən şəxsləri DNT testindən keçirmək dövlətlər üçün məcburi deyil, lakin hüquq sistemində atalıq barədə iddianın müstəqil orqan tərəfindən tez bir zamanda həll edilməsinə imkan verən alternativ vasitələr nəzərdə tutulmalıdır. Məsələn, Mikuliç Xorvatiyaya qarşı məhkəmə işində (§ 52-55) nikahdankənar əlaqədən doğulmuş ərizəçi şikayət etmişdir ki, Xorvatiyanın məhkəmə sistemi atalıq məsələsinin həllində səmərəli deyil və buna görə də onun fərdi identikliyi qeyri-müəyyən vəziyyətdə qalır. Beləliklə, Xorvatiyanın hakimiyyət orqanları ərizəçinin Konvensiya əsasında malik olduğu şəxsi həyatına “hörmət” hüququnu təmin etməmişdilər (eyni mənbə, §68). Məhkəmə həmçinin qərara alıb ki, xüsusilə həssas vəziyyətdə olan, məsələn, əlilliyi olan uşaqların atalarının kimliyi barədə məlumat əldə edə bilmələrinə imkan yaradan prosedurlar mövcud olmalıdır (A.M.M. Rumıniyaya qarşı, § 58-65).

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı