Şriftin ölçüsü :

Saytın rəngi :

#HÜQUQİBİLİKLƏRİNİARTIR - Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişiklik edilməsi barədə 13 iyun 2023-cü il tarixli Qanun qüvvəyə minmişdir

18.07.2023

Həmin Qanunla Mülki Məcəllənin “fiziki şəxsin ölmüş elan edilməsi” adlanan 41-ci maddəsinin 2-ci hissəsinə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. 
Belə ki, 41.2-ci maddəyə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 
Yeni əlavə edilən müddəaya əsasən isə məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.