Şriftin ölçüsü :

Saytın rəngi :

#HÜQUQİBİLİKLƏRİNİARTIR - Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar ilə əlaqədar dəyişiklik edilmişdir

18.07.2023

Dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi ilə narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi əməlləri fərqləndirilərək, sonuncuya münasibətdə inzibati məsuliyyət daha da sərtləşdirilmişdir. Eynilə, sərxoşluq vəziyyətinin alkoqoldan, yoxsa narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmasından asılı olaraq müəyyən edilməsi üçün tibbi müayinədən imtinaya görə də inzibati məsuliyyət fərqləndirilmişdir. 

Bundan əlavə, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşmaya görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati cərimələrin məbləği artırılmışdır.

Eyni zamanda, avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə inzibati cərimənin məbləği artırılmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.