Şriftin ölçüsü :

Saytın rəngi :

#maariflənək - Qəyyumluq, himayəçilik və patronajın əsasları

17.07.2023

Qəyyumluq və himayəçiliyin məqsədi nədir?

Qəyyumluq və himayəçilik mülki fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mənafelərini müdafiə etmək və valideyn himayəsindən məhrum olmuş yetkinlik yaşına çatmayan uşaqlar yaşaması və  tərbiyəsi üçün münasib şəraitin yaradılması məqsədi daşıyır.


Qəyyum və ya himayəçini kim təyin edir?

Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan 3 ay ərzində təyin edir.

Qəyyumluq hansı halda təyin olunur?

14 yaşına çatmamış və ya psixi xəstəliyə görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan hesab edilmiş fiziki şəxslər üzərində təyin edilir. Qəyyum bu şəxslərin adından əqdlər bağlaya bilər və qanunvericiliyə əsasən onların məcburi təmsilçiləri hesab olunur. Nəzərə almaq lazımdır ki, 14 yaşına çatmamış şəxsin üzərində qəyyumluq valideynləri məhkəmə tərəfindən valideynlik hüququndan məhrum edilibsə, valideynlər onu tərbiyələndirməkdən və onların hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırırlarsa, həmçinin qanunla nəzərdə tuitulan digər səbəblər olduqda təyin edilir.

Himayəçilik hansı halda təyin olunur?

14 yaşından 18 yaşına qədər olan yetkinlik yaşına çatmayanlar, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində təyin edilir. Onlar himayələrində olan şəxslər üçün əqdlər bağlamırlar, sadəcə onlara köməklik göstərirlər. Himayəçilər onların qanuni nümayəndələridirlər. 

Patronaj hansı halda təyin edilir?

Yetkilik yaşına çatmış qəyyumluq və himayəçilik orqanı tərəfindən köməyə ehtiyacı olan şəxsin ərizəsi əsasında təyin edilir. Həmin şəxsin razılığı əsasında patronaj seçilir. Patron (köməkçi) fiziki şəxslə bağlanmış tapşırıq və ya etibarnamə ilə idarəetmə müqaviləsinə əsasən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsə mənsub əmlak barəsində sərəncam verir. 

Bundan başqa, məişət tələbatının saxlanmasına və ödənilməsinə yönəldilən məişət əqdlərini və başqa əqdləri patron (köməkçi) fiziki şəxsin razılığı ilə bağlayır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.