Şriftin ölçüsü :

Saytın rəngi :

#heçbilirsinizmi? #əməkhüququ #maariflənək - İstehsalatda baş verən bədbəxt hadisələr

14.07.2023

İstehsalatda bədbəxt hadisə baş verərsə, işəgötürən nə etməlidir?

- İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölməsinə (və ya birbaşa Dövlət Əmək Müfəttişliyi Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Məlumat telefonla, teleqrafla və ya elektron formada verilir. 

İşçi öz ehtiyatsızlığı səbəbindən xəsarət aldıqda işəgötürən bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verməlidirmi?

- Hadisənin baş vermə səbəbindən aslı olmayaraq işəgötürən istehsalatda baş verən hər bir bədbəxt hadisə barədə dərhal Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verməlidir. 

İşəgötürənin istehsalatda baş verən bədbəxt hadisə haqqında dərhal müvafiq icra hakimiyyətinə məlumat verməməsi hansı məsuliyyətə səbəb olur?

-  İstehsalatda baş verən bədbəxt hadisə haqqında dərhal Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verməyən işəgötürən İnzibati Xətalar Məcəlləsinin 555-ci maddəsinə (istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının pozulması) əsasən məsuliyyətə cəlb edilir və  min manatdan min beş yüz manatadək məbləğdə inzibati cərimə edilir.

#heçbilirsinizmi? #əməkhüququ #maariflənək

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.