Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

14.07.2023

  Baş Prokurorluğun Mətbuat Xidmətindən daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, Salyan Elektrik  Şəbəkəsində montyor işləyən 1975-ci il təvəllüdlü Elnur Kazımovun rayonun Seyidlər kəndi ərazisində elektrik naqilini dəyişərkən cərəyan vurması nəticəsində ölməsi faķtı üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci ( səhlənkarlıq, ehtiyatsızlıqdan zərərcəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.