Şriftin ölçüsü :
Saytın rəngi :
Qəyyumluq – tam fəaliyyət qabiliyyətli qəyyumun həyata keçirdiyi elə bir hüquqi aktdır ki, onun nəticəsində mülki fəaliyyət qabiliyyəti və ya qismən fəaliyyət qabiliyyəti olan şəxslərin hüquq və mənafeləri müdafiə edilir.
Himayəçilik – tam mülki fəaliyyət qabiliyyətli himayəçinin həyata keçirdiyi elə bir hüquqi aktdır ki, bunun nəticəsində məhdud və natamam fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafeləri müdafiə edilir.
Patronaj – sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə qadir olmayan yetkinlik yaşına çatmış mülki fəaliyyət qabiliyyətli fiziki şəxsin hüquq və mənafelərini təmin edən, qoruyan, köməklik göstərən köməkçidir.
#hüquqiterminlər #mülkihüquq



Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı