Şriftin ölçüsü :
Saytın rəngi :
Həmin Qanunla Ailə Məcəlləsində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrə yerləşdirilmiş uşaqlarla işin aparılması, himayədar ailəyə verilmiş uşaqlar üzərində qəyyumluq və himayə, uşaq himayədar ailəyə verildikdən sonra monitorinq, himayədar ailəyə verilmiş uşağın inkişafı, himayədar valideynlər, onların hüquq və vəzifələri kimi məsələləri tənzimləyən yeni maddələr əlavə edilmiş, bir sıra maddələr yeni redaksiyada verilmişdir.
Yeni dəyişikliyə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fərdi inkişaf planının icrası nəticəsində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrə yerləşdirilmiş uşağın öz ailəsinə və ya qohumlarına qaytarılmasının mümkünlüyünü müəyyənləşdirdikdə ailə inkişaf planı tərtib edir və onun ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə uşaq ailəyə qaytarıldıqdan sonra 1 (bir) il ərzində rübdə azı bir dəfə olmaqla ailədə monitorinq aparır.
Monitorinq nəticəsində uşağın sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduğu aşkarlandıqda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dərhal uşağı ailədən alıb təcili yerləşdirir və bu barədə prokurora məlumat verir.
Bundan başqa Ailə Məcəlləsinə edilmiş yeni dəyişikliklə daxil edilmiş 68.4-1-ci maddəyə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin uşaq ailəsinə qaytarıldıqdan sonra aparılan monitorinq nəticəsində onun sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduğu aşkarlandığı halda valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddia qaldırmaq hüququ müəyyən edilmişdir.
Dəyişiklikdən əvvəl isə Ailə Məcəlləsində yanlız uşağın yaxın qohumları, yetkinlik yaşına çatmayan uşaqları müdafiə edən orqanlar, məktəbəqədər, ümumtəhsil və başqa müəssisələrin valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddia qaldırmaq hüquqları müəyyən edilmişdi.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı