Şriftin ölçüsü :
Saytın rəngi :
Cari ilin 06-08 iyul tarixlərində Fələstin Dövlətinin Ramallah şəhərində İtaliya İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyi ilə “Qanunun aliliyinin gücləndirilməsində beynəlxalq əməkdaşlığın rolu” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Bir çox ölkə və beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokurorunun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Fuad Hüseynovdan ibarət nümayəndə heyəti təmsil edib.
Həmçinin, Konfransda Avropa İttifaqının Cinayət Ədliyyəsi üzrə Əməkdaşlıq Agentliyinin (Eurojust) prezidenti Ladislav Hamran, Avropa Məhkəmə Şəbəkəsinin baş katibi Hugh Dockry və digər mötəbər qonaqlar iştirak edərək, qanunun aliliyi prinsipinin tətbiqi, kibercinayət, yetkinlik yaşına çatmayanlara qarşı törədilən cinayətlərlərlə bağlı aparılan cinayət təqibinin xüsusiyyətləri haqqında və digər mövzularda çıxış ediblər.
Tədbir çərçivəsində Baş Prokurorluğun nümayəndə heyəti ilə Fələstin Dövlətinin Baş prokuroru Akram Hasan Al-Hateb arasında baş tutan görüşdə Konfransın qarşılıqlı münasibətlərin inkişafında vacib rol oynadığı qeyd edilərək, cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsinin və bu istiqamətdə birgə səy göstərilməsinin əhəmiyyəti vurğulanıb.



Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı