Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədidə meyiti aşkar edilmiş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

08.07.2023

  İyulun 5-i saat 17 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Saleh Sadıqovun çürümüş meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.  

  Prokurorluq və polis əməkdaşlarının hadisə aşkar olunduqdan sonra isti izlər əsasında keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkmişin iyunun 25-i saat 01 radələrində 1988-ci il təvəllüdlü Anar Cəfərov tərəfindən aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

  Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

  Anar Cəfərov cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.

  İstintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.