Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə - Fiziki şəxsin mülki hüquq qabiliyyəti və mülki hüquq fəaliyyət qabiliyyəti nədir?

06.07.2023

Mülki hüquq qabiliyyəti:

Qüvvədə olan mülki qanunvericiliyə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir.

Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır və hüquq qabiliyyətindən məhrum etmə yolverilməzdir.

Hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır.


Mülki hüquq fəaliyyət qabiliyyəti:

Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti dedikdə isə şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyəti başa düşülür. Qanunvericiliyə əsasən:

- 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur;

- 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır;

- Fiziki şəxs yetkinlik yaşına, yəni 18 yaşına çatdıqda mülki hüquq fəaliyyət qabiliyyəti tam həcmdə əmələ gəlir;

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.