Şriftin ölçüsü :
Saytın rəngi :
Cinayət Məcəlləsinin 155 (yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma) və 156.1-ci (ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması) maddələrilə təqsirləndirilən (A) orta məktəbi rus dilində bitirib. O, azərbaycan dilində danışa bilsə də, dilimizdəki bəzi çətin sözləri başa düşmür.
Həmçinin, cinayət işinin materiallarına əlavə edilmiş (A)-nın Cinayət Məcəlləsinin 175-ci (övladlığa götürmə sirrini yayma) maddəsilə məhkum edilməsinə dair məhkəmə hökmündən görünür ki, o, həmin iş üzrə icraat zamanı azərbaycan dilindən rus dilinə tərcüməçi ilə təmin edilib. Bununla yanaşı, (A) istintaq zamanı ona tərcüməçi təyin olunmasını xahiş edib.
Cinayət Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının öz ana dilindən istifadə etmək, eləcə də, ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək hüquqlarını təmin etməlidir.
Həmin Məcəllənin 91.5.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüququ var.
Beləliklə, təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı cinayət prosesinə cəlb edildiyi andan onunla aparılmış istintaq hərəkətlərində tərcüməçi iştirak etmədiyindən və barəsində toplanmış istintaq materialları ilə sərbəst bildiyi dildə tanış ola bilmədiyindən, eləcə də ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsaslarını başa düşmədiyindən öz səmərəli müdafiəsini qurmaq imkanından məhrum olub.
Qeyd olunanlar təqsirləndirilən şəxsin tərcüməçinin köməyindən istifadə və müdafiə hüququnun pozulması kimi qiymətləndirilməlidir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı