Şriftin ölçüsü :
Saytın rəngi :
İyunun 27-si, saat 23 radələrində paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində yerləşən iaşə obyektlərindən birində 1984-cü il təvəllüdlü Zaur Nəmətovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla 1995-ci il təvəllüdlü Akif Məcidovun aralarında yaranmış mübahisə zamanı Zaur Nəmətova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Akif Məcidov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı