Şriftin ölçüsü :

Saytın rəngi :

#maariflənək #hüquqiterminlər - Ehtiyat vərəsə, İrsi transmissiya, Vəsiyyət tapşırığı, Qapalı vəsiyyətnamə, Ev vəsiyyətnaməsi

25.06.2023

Ehtiyat vərəsə - vəsiyyət edənin özünün təyin etdiyi vərəsənin miras açılanadək ölməsi və ya mirası qəbul etməməsi, yaxud vərəsəlik hüququndan məhrum edilməsi halı üçün vəsiyyətnamədə  adını göstərdiyi  başqa vərəsə 

İrsi transmissiya - Vərəsənin miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölməsi halında mirasdan pay almaq hüququnun onun vərəsələrinə keçməsi 

Vəsiyyət tapşırığı - Vəsiyyət edənin miras hesabına hər hansı öhdəliyin bir və ya bir neçə şəxsin xeyrinə icra olunmasını vərəsəyə həvalə etməsi

Qapalı vəsiyyətnamə - Vəsiyyət edənin arzusu ilə şahidlərin məzmunu ilə tanış olmadan təsdiqlədikləri vəsiyyətnamə 

Ev vəsiyyətnaməsi - Vəsiyyət edənin öz əlyazması ilə yazıb imzaladığı vəsiyyətnamə

#maariflənək #hüquqiterminlər

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.