Şriftin ölçüsü :
Saytın rəngi :
Cari ilin 20-22 iyun tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində BMT-nin Regionlararası Cinayət və Ədliyyə Təhqiqatları İnstitutu (UNİCRİ) tərəfindən “Cinayət yolu ilə əldə olunmuş əmlakların üzərinə həbs qoyulması və müsadirəsi üsullarının, habelə həmin əmlakların səmərəli idarə edilməsi üsullarının təkmilləşdirilməsi: Regional və qurumlararası əməkdaşlığın gücləndirilməsi” mövzusunda regional seminar keçirilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğunu tədbirdə Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəis müavini İsmayıl Qayıbov və həmin İdarənin böyük prokuroru Emin Cəlilov təmsil edib.
Tədbirdə UNİCRİ, EUROJUST, ABŞ-ın Federal Təhlükəsizlik Bürosu (FBİ), Gürcüstan Baş Prokurorluğu və Ukraynanın Korrupsiyaya qarşı Milli Bürosunun (NABU) əməkdaşları tərəfindən “Əmlak üzərinə həbs və müsadirənin effektivliyinin təmin edilməsi üçün iddia sövdələşməsi, izahedilməz sərvət, genişləndirilmiş müsadirə, dəyərə görə müsadirə, məhkumluğa əsaslanmayan müsadirə və digər müasir mexanizmlərdən istifadə edilməsi”, “Aktivlərin izlənilməsi, bərpası və idarə edilməsi üzrə əməkdaşlıq sahəsində milli və beynəlxalq əməkdaşlıqla bağlı cinayət işləri üzrə uğurlu nəticənin əldə edilməsi, qarşılıqlı hüquqi yardımla bağlı sorğulara müsbət cavab almaq üçün tələblər” və sair mövzularda çıxışlar edilib, verilən suallar cavablandırılıb.
Tədbirin sonunda Şərq Tərəfdaşlığı ölkələri üçün təşkil edilmiş dəyirmi masada 2023-cü ilin qalan dövründə və 2024-cü ildə layihə çərçivəsində nəzərdə tutulan tədbiqlər barədə ümumi məlumat verilərək, həyata keçirilməsinə ehtiyac olan digər tədbirlərlə bağlı təkliflər dinlənilib, Azərbaycanda aktivlərin bərpası və idarə olunması ilə bağlı verilmiş suallar XMMƏİ-nin nümayəndələri tərəfindən cavablandırılıb.
Nümayəndə heyətinin üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2020-ci ildən həyata keçirilən islahatlar nəticəsində cinayət aktivlərinin bərpası istiqamətində əldə edilmiş nailiyyətlərə və həmçinin İdarənin fəaliyyət istiqamətlərinə dair ətraflı məlumat verib, gələcəkdə nəzərdə tutulan tədbirlərlə bağlı fikir və təkliflər təşkilatçıların nəzərinə çatdırıb.


Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı