Şriftin ölçüsü :
Saytın rəngi :
Sahibkarlıq fəaliyyəti nədir?
Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
Sahibkarlıq fəaliyyətini həyata keçirən şəxsin vergi ödəmək vəzifəsi:
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmalıdır.
Dövlət qeydiyyatına alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs vurduğu ziyanın və ya əldə etdiyi gəlirin miqdarından asılı olaraq inzibati və ya cinayət məsuliyyəti daşıyır.
Dövlət qeydiyyatına alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs hansı halda inzibati məsuliyyətə cəlb edilir?
Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 50.000 manatadək məbləğdə ziyan vuran və ya gəlir əldə edən şəxs inzibati məsuliyyətə cəlb edilir və inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda inzibati cərimə edilir.
Dövlət qeydiyyatına alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs hansı halda cinayət məsuliyyətinə cəlb edilir?
Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 50.000 manatdan artıq məbləğdə ziyan vuran və ya gəlir əldə edən şəxs cinayət məsuliyyətinə cəlb edilir və cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.




Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı