Şriftin ölçüsü :

Saytın rəngi :

Baş prokuror Kamran Əliyev Laçın və Qubadlıda hərbi hissələrdə olub

22.06.2023

İyunun 22-də Baş prokuror Kamran Əliyev Laçın və Qubadlıda Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlara məxsus hərbi hissələrdə olub.  

Baş prokuror əsgər və zabitlərlə görüş keçirib.  

Baş prokuror Kamran Əliyev Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi-siyasi zəfərin əhəmiyyətindən bəhs edib.  

Sonra bir qrup hərbçiyə Silahlı Qüvvələr Günü münasibətilə qiymətli hədiyyələr təqdim olunub.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.