Şriftin ölçüsü :

Saytın rəngi :

Baş prokuror: Laçın rayon prokurorluğu tam heyətlə yeni binada fəaliyyətinə davam edəcək

22.06.2023

Bu gün Laçın rayon prokurorluğunun açılışını etdik. Hesab edirəm ki, bu prokurorluğun tarixində çox mühüm hadisədir.

Bu barədə Laçında jurnalistlərə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, prokurorluq orqanları Laçında daha əvvəl də, rayon işğaldan azad olunduqdan sonra da fəaliyyət göstərirdilər. 

"Amma bu gün Laçın rayon prokurorluğu tam heyətlə yeni binada fəaliyyətinə davam edəcək" - deyə K.Əliyev əlavə edib. 

Onun sözlərinə görə, Laçında həm Hərbi Prokurorluq, həm də mülki prokurorluq orqanları fəaliyyət göstərir.

"Artıq Laçında mülki əhalinin saynın çox olması və eyni zamanda günü gündən artması, quruculuq işlərinin aparılmasında mülki şəxslərin iştirakı burada prokurorluğun fəaliyyətini zəruri edir"- deyə o, əlavə edib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.