Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqiterminlər #maariflənək - Miras əmlak, Vəsiyyətnamə, Mirasda məcburi pay

21.06.2023

Miras əmlak - Miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu 

Vəsiyyətnamə - Öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs tərəfindən şəxsən yazılı formada tərtib edilən, şəxsin ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət etməsini nəzərdə tutan sənəd.

Mirasda məcburi pay - Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq miras əmlakdan əldə etməli olduğu pay

#hüquqiterminlər #maariflənək

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.