Şriftin ölçüsü :
Saytın rəngi :
Dəyişikliyə əsasən, ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş yazılı göstərişin icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. (İXM-in 394.0.8-ci maddəsi)
Bundan əlavə, barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas (yəni, tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə yerli icra hakimiyyəti orqanına və ya Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsinə münasibətdə həmin Agentliyə məlumat verilməsi və aidiyyəti sənədlərin müvafiq orqana təqdim edilməsi prosedurları) olmadan tikinti obyektlərinin tikintisinə görə inzibati məsuliyyət təsbit edilmişdir (İXM-in 395.1-2-ci maddəsi). Lakin qeyd edilmişdir ki, həmin inzibati xətaya görə inzibati məsuliyyət bu maddə qüvvəyə mindikdən sonra tikintisinə başlanmış tikinti obyektlərinə münasibətdə yaranır.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı