Şriftin ölçüsü :
Saytın rəngi :
Avropa Şurasının düzgün idarəçilik və antikorrupsiya sahəsində ixtisaslaşmış qurumu olan Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun (GRECO) iclasında Azərbaycan nümayəndə heyəti - Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev və Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşı Emin Nəsibov iştirak edib.
Rumıniya və Şimali Makedoniyanın Mərkəzi icra hakimiyyətinin yüksək vəzifəli şəxslərin və polisin fəaliyyətində şəffaflığın təmin edilməsi və korrupsiyanın qarşısının alınması predmeti üzrə Azərbaycan Eskperti Elnur Musayevin hazırladığı tövsiyə layihələri ümumi hesabat layihəsinin tərkibində Plenar İclasa çıxarılıb və müzakirə edilərək qəbul edilib.
Eyni zamanda Emin Nəsibov ölkəmizdə son dövrdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər, o cümlədən GRECO tərəfindən əvvəlki mərhələlərdə verilmiş tövsiyələrin icrası vəziyyəti ilə bağlı geniş məruzə edib.
Azərbaycan nümayəndə heyətinin üzvləri, həmçinin, GRECO-nun növbəti qiymətləndirmə mərhələsinin predmeti ilə bağlı müzakirələrdə iştirak ediblər.




Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı