Şriftin ölçüsü :
Saytın rəngi :
Həmin dəyişikliyə əsasən aşağıdakı yetkinlik yaşına çatmayanların müvəqqəti təcridetmə mərkəzlərinə prokurorun iştirakı təmin edilməklə baxılan məhkəmənin qərarına əsasən yerləşdirilməsi müəyyən edilmişdir:
- məhkəmənin qərarı ilə qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilənlər;
- qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə yerləşdirilməsi haqqında məsələyə məhkəmə tərəfindən baxılmasını gözləyənlər;
- qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrini icazəsiz tərk edənlər;
- həyatının, sağlamlığının qorunması və təkrar ictimai təhlükəli əməlin törədilməsinin qarşısının alınması, o cümlədən yaşayış yerinin, yaxud şəxsiyyətinin müəyyən edilməsi zərurətinin olduğu hallarda cinayət törətmiş və cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatmış yetkinlik yaşına çatmayanlar;
- şəxsiyyətini və ya yaşayış yerini müəyyən etmək mümkün olmadıqda, inzibati tənbeh tədbirlərinin tətbiqinə səbəb olmuş hüquq pozuntuları törətmiş və inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatmış yetkinlik yaşına çatmayanlar.
Bundan sonra, yetkinlik yaşına çatmayanların Daxili işlər orqanlarının yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzlərinə yerləşdirilməsi ilə əlaqədar bütün məhkəmə proseslərində prokurorun iştirakı təmin ediləcəkdir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı