Şriftin ölçüsü :
Saytın rəngi :
Cari ilin 12-14 iyun tarixlərində Stokholm şəhərində İsveçin Avropa İttifaqı Şurasının sədrliyi çərçivəsində İttifaqa üzv dövlətlərin cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və ekstradisiya məsələləri üzrə məsul ekspertlərin Ədliyyə Əməkdaşlığı Şəbəkəsinin (EJN) 60-cı plenar iclası keçirilib. Tədbirdə Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Murad Bayramlı iştirak edib.
İclasda cinayət yolu ilə əldə edilmiş aktivlərin dondurulması barədə Avropa ittifaqı çərçivəsində qəbul edilmiş qərarlar, cinayət haqqında məlumatların mübadiləsi, eləcə də İttifaqa üzv olmayan ölkələr ilə əməkdaşlıq, qarşılıqlı hüquqi yardım və ekstradisiya məsələləri müzakirə edilib.
Tədbirdə çıxış edən Murad Bayramlı Baş Prokurorluğun fəaliyyət istiqamətləri, beynəlxalq hüquqi əməkdaşlıq və rəqəmsallaşma sahəsində əldə olunan nailiyyətlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.


Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı